Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bartında baş verib.
Qəza zamanı minik avtomobili polis əməkdaşını vurub. Hadisə zamanı polis əməkdaşı yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücü saxlanılıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
