• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Sumqayıt" növbəti qələbəsini qazandı-YENİLƏNİB-6

18 Oktyabr, 25 / 20:00
A A
"Sumqayıt" növbəti qələbəsini qazandı-YENİLƏNİB-6

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Sumqayıt”-“Karvan Yevlax” oyunu başa çatdı. Gərgin keçən matç 4:1 “Sumqayıt”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 65-ci dəqiqəsində Aleksandr Ramalinqom penaltidən dubl edərək özünün ikinci və komandasının dördüncü topuna imza atdı-“Sumqayıt”-“Karvan-Yevlax”-4:1
xxxx
Oyunun 59-cu dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın üçüncü topuna imza atdı-“Sumqayıt”-“Karvan-Yevlax”-3:1
xxx
Oyunun 54-cü dəqiqəsində Aleksandr Ramalinqom penaltidən “Sumqayıt”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirdi-“Sumqayıt”-Karvan-Yevlax”-2:1
xxx
“Sumqayıt”-Karvan-Yevlax” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Sumqayıt”-“Karan-Yevlax”-1:1
xxx
Oyunun 43-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atdı-“Sumqayıt”-“Karan-Yevlax”-1:1
xxxx
Dünən milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edir. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışır. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür.Hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada artıq oyunun 12-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açdı-“Sumqayıt”-“Karvan-Yevlax”-1:0.

Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.

Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna dünən start verilib. Açılış günündə iki qarşlaşma baş tutub.

Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edib.Artıq oyunun 40-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serrano penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qarabağ”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində “Qarabağ” Nəriman Axundzadənin qolu ilə hesabı bərabərləşdirib-“Turan Tovuz”-“Qarabağ”-1:1. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Turan Tovuz”-“Qarabağ”-2:1.Bu oyunda vurulan son qol oldu “Qarabağ” matçdan 1:2 qalib ayrıldı.

Bu gün bir qarşılaşma baş tutub.

Bu görüşdən əvvəl “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edib. Artıq oyunun 43-cü dəqiqəsində “Qəbələ” Domi Massumonun qolu ilə hesabı açıb-“İmişli”-“Qəbələ”-1:0. Görüşün ilk hissəsi 0:1 “Qəbələ”nin xeyrinə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İbrahim Sanqare “Qəbələ”nin ikinci topuna imza atıb-“İmişli”-“Qəbələ”-0:2. Oyunun 74-cü dəqiqəsində Ronaldo de Souza “İmişli”nin qoluna imza ataraq hesab arasındakı fərqi azaldıb-“İmişli”-“Qəbələ”-1:2.Oyunun 80-ci dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atraq hesabı bərabərləşdirib-“İmişli”-“Qəbələ”-2:2. Bu görüşdə vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular.

Previous Post

Minik avtomobili və TIR toqquşdu: 1 yaralı

Next Post

Avtomobil qadını vurdu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.