• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib

18 Oktyabr, 25 / 23:38
A A
Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən nazir Fərid Qayıbov ötən il ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərlə iş və idman sahəsində həyata keçirilən əməkdaşlıq barədə ətraflı məlumat verib. Fərid Qayıbov Azərbaycan tərəfindən həyata keçirilmiş mühüm təşəbbüsləri – gənclərin iqlim fəaliyyətinə, idman diplomatiyasına və idman könüllülüyü hərəkatının inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.

Tədbir zamanı iştirakçılar TDT çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib və ortaq layihələrin həyata keçirilməsi üçün yeni təşəbbüsləri dəstəkləyiblər.

Qeyd edək ki, əməkdaşlığın daha səmərəli təşkili məqsədilə TDT gənclər və idman nazirlərinin 9-cu iclasına hazırlıq üçün ekspertlər iclası da keçirilib. İclasda ölkəmizi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova təmsil ediblər.

Previous Post

İki narkotik alverçisi saxlanıldı

Next Post

Dağ velosipedi üzrə ölkə çempionatı başlayıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.