Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Hakkaridə baş verib.
Qəza zamanı “Elazığspor” komandasını daşıyan avtobusla minik avtomobili toqquşub. Hadisə zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
