Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Sakaryada baş verib.
Qəza zamanı minik avtomobili və üç təkərli yük motosikleti toqquşub. Hadisə zamanı 6 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb
//Nəzər.Media
