Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aksarayda baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı motosikletin 16 yaşlı sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
