Türkiyədə LPG-dən istifadə edən avtomobil yanıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Kahramanda baş verib.
Yanğın zamanı avtomobil hərəkətdə olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın söndürülsə də avtomobilə ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
