Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aksarayda baş verib.
Qəza zamanı avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı sürücü ölüb. Onun həyat yoldaşı isə ağır yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
