Türkiyədə zəncirvari yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Tekirdağda baş verib.
Zəncirvari qəzada 4 avtomobil və 3 motosiklet iştirak edib. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
