• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır

17 İyul, 25 / 20:22
A A
ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır

ADA Universitetində 17 iyul 2025-ci il tarixində dövlət sifarişi əsasında maliyyələşən yerlər haqqında məlumat sessiyası keçirilib. Tədbirdə universitetin rəhbərliyi, müəllim heyəti, abituriyentlər və onların valideynləri iştirak ediblər. Tədbirin məqsədi 2025–2026-cı tədris ili üçün dövlət sifarişi əsasında maliyyələşən yeni təhsil imkanlarını ictimaiyyətə təqdim etmək olub.

Tələbələr Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ayrılmış yerlərə qəbul olunacaqlar. Həmin tələbələr təhsil müddəti boyunca təhsil haqqından tam azad olunacaq və akademik göstəricilərinə uyğun olaraq aylıq təqaüd alacaqlar. Bu qərar ölkədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və ali təhsilin maliyyə baxımından daha əlçatan olmasına yönəlmiş strateji addım kimi qiymətləndirilir.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, Hafiz Paşayev qeyd edib ki, bu təşəbbüs ali təhsilin keyfiyyətinə, gənclərin potensialının reallaşdırılmasına və ölkənin insan kapitalının inkişafına mühüm töhfə verəcək: “Yeni tədris ilindən etibarən ADA Universitetinə 180 dövlət sifarişli yer ayrılıb. Universitetin yaranmasından bəri əsas missiyamız Azərbaycanda xaricdə verilən təhsil səviyyəsindən də yüksək bir ali məktəb qurmaq olub”.

Tədbirdə həmçinin ADA Universitetinin İqtisadiyyat ixtisasının məzunu Aydan Məmmədzadə və Riyaziyyat ixtisasının tələbəsi Ömər Əsgərzadə də çıxış edərək universitetdə qazandıqları təhsil təcrübələrini və uğur hekayələrini bölüşüblər.
Dövlət sifarişli yerlər ilkin mərhələdə müəyyən ixtisasları əhatə etsə də, gələcək illərdə bu imkanların daha çox akademik proqramlara şamil olunması planlaşdırılır. Bu isə daha geniş tələbə kütləsinin dövlət dəstəyindən yararlanmasına imkan yaradacaq.
Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə ADA Universitetində dövlət sifarişi əsasında tələbə qəbulu nəzərdə tutulan ixtisaslar aşağıdakılardır:

I Qrup:
•Kompüter elmləri – 30 yer
•Kompüter mühəndisliyi – 30 yer
•Riyaziyyat – 30 yer
•İnformasiya texnologiyaları – 30 yer

II Qrup:
•Maliyyə – 30 yer
•İqtisadiyyat – 30 yer

Previous Post

Alen Simonyan həyat yoldaşından boşandı – Model Anelya Qubryanla münasibətdədir

Next Post

Azərbaycan millisi Avropa birinciliyini 13 medalla başa vurub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.