Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Turan Tovuz” oyunu başa çatdı. Gərgin keçən matç 1:2 “Turan Tovuz”un xeyrinə başa çatdı.
xxxx
Oyunun 77-ci dəqiqəsində Filip Ozobiç “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Karvan-Yevlax”-“Şamaxı”-1:2
xxxx
Oyunun 71-ci dəqiqəsində Alexandro Serranonun “Turan Tovuz”un bərabərlik topuna imza atdı-“Karvan-Yevlax”-“Şamaxı”-1:1
xxxx
Oyunun 69-cu dəqiqəsində “Karvan-Yevlax” Şakil Snonun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Şamaxı”-1:0
xxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax” “Turan Tovuz”u qəbul edir. Yexlax təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. Tovuzlular isə matçda üç xal üçün çıxıb. Hakim Elvin Bayramovun idarə etdiyi qarşılaşmada artıq oyunda ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Karvan-Yevlax”-“Turan Tovuz”-0:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Keçən tur qələbə orucunu pozan Nizami yurdunun təmsilçiləri bu oyunda ən azında məğlub olmamaq haqqında düşüənəcək. Üç turdu qələbəyə həsrət “İmişli” isə bu oyunda qələbə qazanmağa çalışacaq.
Turun digər görüşləri isə Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Araz-Naxçıvan” “Bank Respublika Arena”da “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçiləri bu oyunda növbəti qələbəsini qazanmaq istəyəcəklər. Öz meydanlarında qonaq kimi mübarizə aparan “bayquşlar”da meydana qələbə üçün çıxacaq.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Keçən tur darmadağın olan “mavi qartallar” bu oyunda növbəti qələbə qazanmağa çalışacaq. “Kimyaçılar” isə matça üç xal üçün çıxacaq.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ şəhər stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qəbələ” doğma publika üçündə növbəti xalını qazanmağa çalışacaq. Liderler qrupundan çox uzaqda olan “Neftçi” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.
Günün və turun sonuncu oyununda isə “Qarabağ” “Azərsun Arena”da “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar” matçda növbəti qələbəsini qazanmağa çalışacaq. “Şamaxı”ı isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.
