Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kastomonda baş verib.
Qəza zamanı İstanbuldan Samsuna gedən avtomobil Kastomonda divara çırpılıb. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralı şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
