• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib

17 İyul, 25 / 20:30
A A
32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib

Almaniyanın Duysburq şəhərində 32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib. Atəşfəşanlıqla başlayan tədbirdə Şimali Reyn və Vestfaliya regionunun baş naziri Hendrik Vüst çıxış edərək idmançılara uğurlar arzulayıb.

Daha sonra iştirakçı ölkələrin paradı olub. Paradda Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları bədii gimnast Ləman Əlimuradova və taekvondoçu Eltac Qafarov olublar. Qeyd edək ki, Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.

Paraddan sonra dünyaya sülh mesajları verilib. Stadionun üzərində sülh rəmzi olan ağ göyərçin maketi dövrə vurub, havaya ürək formalı bəyaz şarlar buraxılıb.

Ardınca FİSU-nun prezidenti Leonz Eder çıxış edib. Sonra idmançı və hakimlər adından andiçmə olub və oyunların məşəli stadiona gətirilib.

Tədbir bədii hissə ilə davam edib və mərasimə atəşfəşanlıqla yekun vurulub.

Previous Post

Azərbaycan millisi Avropa birinciliyini 13 medalla başa vurub

Next Post

EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.