• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Avropa çempionatı: İki boksçumuz finala, biri yarımfinala yüksəlib

24 Oktyabr, 25 / 23:01
A A
Avropa çempionatı: İki boksçumuz finala, biri yarımfinala yüksəlib

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin daha 1 oğlan idmançısı yarımfinala vəsiqə əldə edib.

66 kq-da Nurlan Müseyibli Vladimir Versesjanla (Estoniya) üz-üzə gəlib. O, döyüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan və özü üçün azı bürünc medalı təmin edən Müseyibli yarımfinalda Arda Fidanla (Türkiyə) gücünü yoxlayacaq.

Qız boksçularının mübarizəsində isə millimizin 2 üzvü finala yüksəlib. Nəsrin Abdullazadə (40 kq) yarımfinalda Elliemay Feterstonu (İrlandiya) 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Təmsilçimiz həlledici görüşdə Madlin Laverik-Arnotla (İngiltərə) qarşılaşacaq.

Xumar Cəfərli (75 kq) Alina Papaşvili (Ukrayna) ilə dueli aktivinə yazıb. İlk raundda tam üstünlüklə qalib gələn boksçumuz finalda Yağmur Eryurtlə (Türkiyə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq.

Previous Post

Estoniyada 7 medal

Next Post

Nəfəs oğulları Murad və Nurlanla - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.