• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Bank Respublika Arena"da qalib müəyyənləşmədi-YENİLƏNİB-5

25 Oktyabr, 25 / 18:00
A A
"Bank Respublika Arena"da qalib müəyyənləşmədi-YENİLƏNİB-5

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirən “Araz-Naxçıvan”-“Sabah” oyunu başa çatdı. Gərgin keçən tərəflər hərəyə iki dəfə fərqlənərək bir xala qane oldular-“Araz-Naxçıvan”-“Sabah”-2:2
xxx
Oyunun 90+9-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza ataraq hesabı bərabərləşdirdi-“Araz-Naxçıvan”-“Sabah”-2:2
xxxx
Oyunun 73-cü dəqiqəsində Coy Lens Mikels penltidən “Sabah”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Araz-Naxçıvan”-“Sabah”-1:2
xxxx
Oyunun 59-cu dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Araz-Naxçıvan”-“Sabah”-1:1
xxxx
Oyunun 54-cü dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Sabah”-0:1
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Bank Respublika Arena”da “Sabah”ı qəbul edir. Muxtar Respublika təmsilçiləri bu oyunda növbəti qələbəsini qazanmaq istəyir. Öz meydanlarında qonaq kimi mübarizə aparan “bayquşlar”da meydana qələbə üçün çıxıb. Hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşamada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Araz-Naxçıvan”-“Sabah”-0:0

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Keçən tur darmadağın olan “mavi qartallar” bu oyunda növbəti qələbə qazanmağa çalışacaq. “Kimyaçılar” isə matça üç xal üçün çıxacaq.

Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ şəhər stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Qəbələ” doğma publika üçündə növbəti xalını qazanmağa çalışacaq. Liderler qrupundan çox uzaqda olan “Neftçi” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.

Günün və turun sonuncu oyununda isə “Qarabağ” “Azərsun Arena”da “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar” matçda növbəti qələbəsini qazanmağa çalışacaq. “Şamaxı”ı isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax” “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Turan Tovuz”-0:0. Oyunun 69-cu dəqiqəsində “Karvan-Yevlax” Şakil Snonun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-1:0. Oyunun 71-ci dəqiqəsində Alexandro Serranonun “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-1:1.Oyunun 77-ci dəqiqəsində Filip Ozobiç “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Şamaxı”-1:2. Bu oyunda vurulan son qol olub və “Turan Tovuz” matçdan 1:2 qalib ayrılıb.

Günün ilkinci qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 25-ci dəqiqəsində “Kəpəz” azlıqda qalıb. Komandanın heyətində Məmməd Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub-“Kəpəz”-“İmişli”-0:0. Oyunun 45+3-cü dəqiqəsində “İmişli” Luis Silvestrin qolu ilə hesabı açıb-“Kəpəz”-“İmişli”-0:1. İlk hissə “İmişli”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 60-cı dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atıb-“Kəpəz”-“İmişli”-0:2.Oyunun 85-ci dəqiqəsində Rafael Vieqaş “İmişli”nin üçünücü topuna imza atıb-“Kəpəz”-“İmişli”-0:3. Bu oyunda vurulan son qol olub və “İmişli” üç xalı üç cavabsız qolla qazanıb-“Kəpəz”-“İmişli”-0:3.

Previous Post

"Zirə" "Sumqayıt"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

"Zirə" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.