Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Qəbələ”-“Neftçi” oyunu başa çatdı. Gərgin keçən matçda “Neftçi” 0:2 qalib gəldi.
xxxx
Oyunun 81-ci dəqiqəsində Vensan Abubakar “Neftçi”nin ikinci topuna imza atdı-“Qəbələ”-“Neftçi”-0:2
xxx
Oyunun 71-ci dəqiqəsində “Neftçi” İfeanyi Metyu qolu ilə hesabı açdı-“Qəbələ”-“Neftçi”-0:1
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ şəhər stadionu”nda “Neftçi”ni qəbul edir. “Qəbələ” doğma publika üçündə növbəti xalını qazanmağa çalışır. Liderler qrupundan çox uzaqda olan “Neftçi” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışır. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Qəbələ”-“Neftçi”-0:0
Bu gün bir qarşılaşma daha baş tutacaq.
Günün və turun sonuncu oyununda isə “Qarabağ” “Azərsun Arena”da “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar” matçda növbəti qələbəsini qazanmağa çalışacaq. “Şamaxı”ı isə bu matçda ən azı məğlub olmamaq haqqında düşüncək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının IX turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax” “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Turan Tovuz”-0:0. Oyunun 69-cu dəqiqəsində “Karvan-Yevlax” Şakil Snonun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-1:0. Oyunun 71-ci dəqiqəsində Alexandro Serranonun “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-1:1.Oyunun 77-ci dəqiqəsində Filip Ozobiç “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Şamaxı”-1:2. Bu oyunda vurulan son qol olub və “Turan Tovuz” matçdan 1:2 qalib ayrılıb.
Günün ilkinci qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib.Artıq oyunun 25-ci dəqiqəsində “Kəpəz” azlıqda qalıb. Komandanın heyətində Məmməd Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub-“Kəpəz”-“İmişli”-0:0. Oyunun 45+3-cü dəqiqəsində “İmişli” Luis Silvestrin qolu ilə hesabı açıb-“Kəpəz”-“İmişli”-0:1. İlk hissə “İmişli”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 60-cı dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atıb-“Kəpəz”-“İmişli”-0:2.Oyunun 85-ci dəqiqəsində Rafael Vieqaş “İmişli”nin üçünücü topuna imza atıb-“Kəpəz”-“İmişli”-0:3. Bu oyunda vurulan son qol olub və “İmişli” üç xalı üç cavabsız qolla qazanıb-“Kəpəz”-“İmişli”-0:3.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Bank Respublika Arena”da “Sabah”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Sabah”-0:0.Oyunun 54-cü dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Sabah”-0:1. Oyunun 59-cu dəqiqəsində İssuf Paro “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Sabah”-1:1.Oyunun 73-cü dəqiqəsində Coy Lens Mikels penltidən “Sabah”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Sabah”-1:2. Oyunun 90+9-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza ataraq hesabı bərabərləşdirib-“Araz-Naxçıvan”-“Sabah”-2:2. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldu-“Araz-Naxçıvan”-“Sabah”-2:2.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 37-ci dəqiqəsində “Zirə” Brahim Konatenin qolu ilə hesabı açıb-“Zirə”-“Sumqayıt”-1:0. Görüşün ilk hissəsi “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Zirə”-“Sumqayıt”-1:0.
