Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Denizlidə baş verib.
Qəza zamanı avtomobil tank abidəsinə dəyərək aşıb. Zərbənin nəticəsində avtomobil yanıb. Avtomobilin sürücüsü qəza zamanı yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
