Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Hatayda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Zərbənin nəticəsində avtomobillərdən biri yük maşınına çırpılıb. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
