Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan Zəfər Kuboku 2025 güllə atıcılığı turniri keçirilib.
Yarışlarda Azərbaycan, Belarusiya və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı Kubok uğrunda əzmlə mübarizə aparıb.
Qalibləri təqdim edirik:
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında keçirilən yarışın qalibləri:
1)Nikol Kurylenak (BLR)
2)Darya Chuprys (BLR)
3)Əfsanə Elvina (AZE)
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında keçirilən yarışın qalibləri:
1)Ruslan Qəhrəmanov (AZE)
2)Əliməmməd Hüseynov (AZE)
3)Ramiz Xəlilov (AZE)
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında keçirilən yarışın qalibləri:
1)Nigar Nəsirova (AZE)
2)Liubov Yaskevich (BLR)
3)Zoya Dasko (BLR)
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında keçirilən yarışın qalibləri:
1)Ivan Kazak (BLR)
2)Uladzislau Dzemesh (BLR)
3)Vladislav Kalmıkov (AZE)
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışının qalibləri:
1)Elvina Əfsanə / Zahid Sofiyev
2)Aynur Mahmudova / Ruslan Qəhrəmanov
3)Vəfa Zeynalova / Əliməmməd Hüseynov
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışının qalibləri:
1)Dasko Zoya / Krautsou Yury (BLR)
2)Piatrova Aliaksandra / Dzemesh Uladzislau (BLR)
3)Prodiashvili Mariami / Mumladze Giorgi (GEO)
