Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Hakkaridə baş verib.
Qəza zamanı minik avtomobili və tanker toqquşub. Hadisə zamanı 2 nəfər ölüb. Qəza 4 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
