28 oktyabr – Ümumdünya Cüdo Günündə paracüdoçularımız və cüdoçularımız eyni tatamidə!
Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçularımızın olimpiyaçılarımızla birlikdə məşqlərinə start verilib. Məşqdə Olimpiya çempionlarımız Hidayət Heydərov ilə Zelim Kotsoyev də iştirak edib.
Məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.
