Bu gün Monteneqronun Budva şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatında ilk turun partiyaları oynanılacaq. Yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparır. Qitə çempionatında Azərbaycanı 47 şahmatçı təmsil edir.
Qeyd edək ki, 9 turdan ibarət Avropa çempionatında 8,10,12,14, 16 və 18 yaşlı qız və oğlanlar arasında qalib və mükafatçılar müəyyənləşəcək.
