Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Adanada baş verib.
Qəza zamanı minik avtomobili və TIR toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü ölüb. TIR-ın sürücüsü isə polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
