• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Krant suyunda xərçəng təhlükəsi

01 Noyabr, 25 / 1:39
A A
Krant suyunda xərçəng təhlükəsi

Fransada kran suyunda xərçəngə səbəb ola bilən kimyəvi maddə aşkarlanıb. Hadisə ölkədə böyük narahatlıq yaradıb. İki ekoloji təşkilat – Comité Citoyen və France Nature Environnement (FNE) – bu məsələ ilə bağlı dövlətə qarşı məhkəməyə müraciət edib.

Təşkilatlar iddia edir ki, hökumət əhalini vaxtında məlumatlandırmayıb və riskli su borularını yeniləmək üçün lazımi addımları atmayıb.

Təşkilatın vəkili Gabrielle Gien bildirib: “Dövlət, suyun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirməyib. Əhali xəbərdar edilmədi, biz isə öz imkanlarımızla araşdırma aparmaq məcburiyyətində qaldıq.”

Məsələyə səbəb olan maddə – vinil xlorid monomeri (CVM) – 1987-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırma Mərkəzi (IARC) tərəfindən “insan üçün kanserogen” (yəni xərçəng törədici) kimi təsnif edilib.

Bu maddəni ehtiva edən PVC boruların istehsalı Fransada 1978-ci ildə qadağan olunsa da, həmin tarixdən əvvəl çəkilmiş minlərlə köhnə su xətləri hələ də istifadədədir.
Zaman keçdikcə bu borular aşınır və CVM maddəsi suya sızaraq insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Avropa İttifaqı CVM üçün təhlükəsiz həddi 0,5 mikroqram/litr olaraq müəyyənləşdirib.

Lakin Fransa bu normanı öz milli qanunvericiliyinə tam şəkildə daxil etməyib.

Ətraf mühit təşkilatları məhkəmədən Fransa hökumətini AB standartlarını tətbiq etməyə məcbur etməsini tələb edir.

Onların sözlərinə görə, 1978-ci ildə qadağan olunmasına baxmayaraq, həmin PVC borular bu gün də bir çox bölgələrdə fəaliyyət göstərir, amma məsuliyyəti üzərinə götürən qurum yoxdur.

//milli.az

Previous Post

Noyabrın ilk günündə Bakıda 22 dərəcə isti olacaq

Next Post

Gəlinin anası toyda kürəkəni HƏDƏLƏDİ: qızının ətəyini qaldırıb... - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.