• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Zirə" növbəti qələbəsini qazandı-YENİLƏNİB-6

01 Noyabr, 25 / 16:00
A A
"Karvan-Yevlax" "Zirə"ni qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən matçda “Zirə” 2:3 qalib gəldi
xxxx
Oyunun 87-ci dəqiqəsində Ayron Qomis “Zirə”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Karvan-Yevlax”-“Zirə”-2:3
xxxx
Oyunun 74-cü dəqiqəsində Leroy Mikels “Zirə”nin ikinci topuna imza ataraq hesabı yenidən bərabərləşdirdi-“Karvan-Yevlax”-“Zirə”-2:2
xxxx
Oyunun 62-ci dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Karvan-Yevlax”-“Zirə”-2:1
xxxx
Oyunun 57-ci dəqiqəsində Brahim Konate “Zirə”nin bərabərlik topuna imza atdı-“Karvan-Yevlax”-“Zirə”-1:1
xxxx
“Karvan-Yevlax”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Karvan-Yevlax”-1:0 hesabda irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edir. Yevlax təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür.”Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışır. Hakim Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşmada artıq “Karvan-Yevlax” oyunun 29-cu dəqiqəsində İmani Barkerin qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Zirə”-1:0

Bu gün daha bir qarşılaşma baş tutacaq

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri ən qədim Azərbaycan derbisində məğlub olmamaq haqqında düşünəcək.

Turun digər görüşləri Bazar günün və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edəcək. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.

Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.

Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna dünən start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.

Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.

 

Previous Post

"Neftçi" "Kəpəz"i qəbul edir-START HEYƏTLƏR

Next Post

"Neftçi" "Kəpəz"i darmadağın etdi-YENİLƏNİB-7

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.