Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri ən qədim Azərbaycan derbisində məğlub olmamaq haqqında düşünəcək. Hakim Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlrə məlumdur:
“Neftçi”nin start heyəti:
13. Kenan Piriç (GK)(C)
8. Emin Mahmudov
15. Elvin Bədəlov
45. Vensan Abubakar
77. Falaye Sako
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
11. İmad Faraj
10. Freddi Varqas
23. Cordan Rezabala
“Neftçi”nin ehtiyat oyunçuları:
1. Emil Balayev(GK)
93. Rza Cəfərov(GK)
9. Bassala Sambu
47. Murad Məmmədov
4. Elvin Camalov
22. Luis Ortis,
7. Emil Səfərov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
14. Edvin Kuç
6. Sessi Dalmeyda
27. Kristian Kostin
“Neftçi”nin baş məşqçisi:Samir Abasov
“Kəpəz”in start heyəti:
1. Kaçper Rosa(GK)
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
5. Rauf Hüseynli
88. Şakir Seyidov
9. Luis Paçu
11. Vitor Feijao
29. Dioqo Verdaska (C)
24. Olavale Onanuqa
38. Cefferson Bentu
“Kəpəz”in ehtiyat oyunçuları:
81. Elgün Bayramov(GK)
53. Şahmar Aşurov
99. Əli Səmədov
20. Elcan Əbilov
21. Sadiq Şəfiyev
15. Raul Məmmədov
17. Ümid Səmədov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
55. Kresus Donqo
6. Pedro Qomeş
“Kəpəz”in baş məşqçisi:Azər Bağırov
Turun digər görüşləri Bazar günün və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edəcək. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna dünən start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.
Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
