• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Turan Tovuz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

02 Noyabr, 25 / 18:05
A A
"Turan Tovuz" "Şamaxı"nı qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən “Şamaxı”-“Turan Tovuz” oyunu başa çatdı. Gərgin keçən oyunda “Turan Tovuz” 1:2 qalib gəldi.
xxxx
Oyunun 49-cu dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda irəli keçirdi-“Şamaxı”-“Turan Tovuz”-1:2
xxx
“Turan Tovuz”-“Şamaxı” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Şamaxı”-“Turan Tovuz”-1:1
xxx
Oyunun 45+2-ci dəqiqəsində Roberto Olabe “Turan Tovuz”un bərabərlik topuna imza atdı-“Şamaxı”-“Turan Tovuz”-1:1
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edir. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyir. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb. Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada artıq oyunun 45-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinario penaltidən qolu ilə hesabı açdı-“Turan Tovuz”-“Şamaxı”-0:1

Bu gün daha bir qarşılaşma baş tutacaq.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.

Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.

Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna Cümə günü start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.

Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edib. artıq “Karvan-Yevlax” oyunun 29-cu dəqiqəsində İmani Barkerin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-1:0. İlk hissə “Karvan-Yevlax”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində Brahim Konate “Zirə”nin bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Zirə”-1:1.Oyunun 62-ci dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:1. Oyunun 74-cü dəqiqəsində Leroy Mikels “Zirə”nin ikinci topuna imza ataraq hesabı yenidən bərabərləşdirib-“Karvan-Yevlax”-“Zirə”-2:2. Oyunun 87-ci dəqiqəsində Ayron Qomis “Zirə”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:3. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 2:3 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 19-cu dəqiqəsində “Neftçi” Emin Mahmudovun penaltidən qolu ilə hesabı açıb-“Neftçi”-“Kəpəz”-1:0. Oyunun 23-cü dəqiqəsində Vensan Abubakar “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Kəpəz”-2:0. İlk hissə “Neftçi”nin 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 74-cü dəqiqəsində Bassala Sambu “Neftçi”nin üçüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-3:0. Oyunun 77-ci dəqiqəsində “Kəpəz” Sadiq Şəfiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Neftçi”-“Kəpəz”-3:1. Oyunun 86-cı dəqiqəsində Bassala Sambu dubl edərək özünün ikinci “Neftçi”nin dördüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-4:1. Oyunun 90+1-ci dəqiqəsində Freddi Varqas “Neftçi”nin beşinci topuna imza atdı-“Neftçi”-“Kəpəz”-5:1. Bu oyunda vurulan son qol olub və “Neftçi” ən qədim Azərbaycan derbisində rəqibini 5:1 darmadağın edib.

Previous Post

"Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

“Mən də qızımın toyunda belə etdim”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.