Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Çorumda baş verib.
Qəza zamanı minik avtomobili velosiped sürən şəxsin üstünə aşıb. Hadisə zamanı velosipeddə olan 12 yaşlı uşaq yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü saxlanılıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
