Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Uşakda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Hadisə zamanı avtomobilin birində olan ana və qıza yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
