Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bingöldə baş verib.
Qəza zamanı minik avtomobili və itirtutumlu avtomobil toqquşub. Hadisə zamanı minik avtomobili aşıb. Qəza 4 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralanlar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
