• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin xəbərçisidir

04 Noyabr, 25 / 22:15
A A
3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin xəbərçisidir

Uzunmüddətli öskürək ağciyər xərçənginin əlaməti ola bilər.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) mütəxəssisləri xəbərdarlıq ediblər ki, üç həftədən çox davam edən öskürək ağciyər xərçənginin ilkin əlaməti ola bilər.

Bu barədə Daily Mirror nəşri məlumat yayıb.

Həkimlərin sözlərinə görə, öskürək çox vaxt soyuqdəymə, qrip və ya COVID-19 kimi daha yayılmış səbəblərlə bağlı olur, lakin bəzən bu simptom bədxassəli şişin yaranmasına da işarə edə bilər. NHS məlumatında qeyd olunur ki, davamlı və ya getdikcə güclənən öskürək, təkrarlanan tənəffüs yolu infeksiyaları, qanlı bəlğəm, nəfəs alarkən və ya öskürərkən ağrı, daimi təngnəfəslik, yorğunluq, iştahsızlıq və izahsız çəki itkisi ciddi narahatlıq siqnalı ola bilər.

Ağciyər xərçənginin nisbətən az rast gəlinən əlamətləri arasında barmaqların formasında dəyişiklik, udmada çətinlik, xırıltılı nəfəsalma, səsin batması və üz və ya boyun nahiyəsində şişkinlik də göstərilir.

Həkimlər bildirirlər ki, xəstəliyin əsas riski siqaret çəkmə ilə bağlıdır. Statistikaya görə, ağciyər xərçəngi hallarının 70 faizindən çoxu məhz siqaret istifadəsi ilə əlaqəlidir. Digər risk faktorlarına radon qazı, asbest və kömür buxarları ilə uzunmüddətli təmas daxildir.

Mütəxəssislər insanlara üç həftədən artıq davam edən öskürək hallarında mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.

//milli.az

Previous Post

Hakim Rasim Sadıxov işdən çıxarıldı - FOTO

Next Post

“Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.