• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Sabah" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

03 Noyabr, 25 / 21:30
A A
"Sabah" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən “Sabah”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən oyunda “Sabah” 1:0 qələbə qazandı-“Sabah”-“Qəbələ”-1:0
xxxx
“Sabah”-“Qəbələ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Sabah” 1:0 hesabda irəlidədir.
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.

Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edir. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışır. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 28-ci dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açdı-“Sabah”-“Qəbələ”-1:0.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna Cümə günü start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.

Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.

Şənbə günü iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edib. artıq “Karvan-Yevlax” oyunun 29-cu dəqiqəsində İmani Barkerin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-1:0. İlk hissə “Karvan-Yevlax”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində Brahim Konate “Zirə”nin bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Zirə”-1:1.Oyunun 62-ci dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:1. Oyunun 74-cü dəqiqəsində Leroy Mikels “Zirə”nin ikinci topuna imza ataraq hesabı yenidən bərabərləşdirib-“Karvan-Yevlax”-“Zirə”-2:2. Oyunun 87-ci dəqiqəsində Ayron Qomis “Zirə”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:3. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 2:3 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 19-cu dəqiqəsində “Neftçi” Emin Mahmudovun penaltidən qolu ilə hesabı açıb-“Neftçi”-“Kəpəz”-1:0. Oyunun 23-cü dəqiqəsində Vensan Abubakar “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Kəpəz”-2:0. İlk hissə “Neftçi”nin 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 74-cü dəqiqəsində Bassala Sambu “Neftçi”nin üçüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-3:0. Oyunun 77-ci dəqiqəsində “Kəpəz” Sadiq Şəfiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Neftçi”-“Kəpəz”-3:1. Oyunun 86-cı dəqiqəsində Bassala Sambu dubl edərək özünün ikinci “Neftçi”nin dördüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-4:1. Oyunun 90+1-ci dəqiqəsində Freddi Varqas “Neftçi”nin beşinci topuna imza atdı-“Neftçi”-“Kəpəz”-5:1. Bu oyunda vurulan son qol olub və “Neftçi” ən qədim Azərbaycan derbisində rəqibini 5:1 darmadağın edib.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinario penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Şamaxı”-0:1.Oyunun 45+2-ci dəqiqəsində Roberto Olabe “Turan Tovuz”un bərabərlik topuna imza atdı-“Şamaxı”-“Turan Tovuz”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Şamaxı”-“Turan Tovuz”-1:1. Oyunun 49-cu dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda irəli keçirib-“Şamaxı”-“Turan Tovuz”-1:2. Bu görüşdə vurulan sonuncu qol olub və “Turan Tovuz” doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.

Günün ikinci qarşılaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Oyunun 17-ci dəqiqəsində “Sumqayıt” Roy Kehatın qolu ilə hesabı açıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:0. Oyunun 41-ci dəqiqəsində Şarl Boli ”Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1. Oyunun 51-ci dəqiqəsində Patrik Andrade “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib–“Sumqayıt”-“Araz-Naxçıvan”-1:2.Oyunun 69-cu dəqiqəsində Ronaldo Vaskez “Sumqayıt”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sumqayıt”-“Araz-Naxçıvan”-2:2. Oyunun dəqiqəsində 78-ci dəqiqəsində Roi Kehat dubl edərək özünün ikinci “Sumqayıt”ın üçüncü topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-Araz-Naxıvan”-3:2. Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 3:2 qalib ayrılıb.

 

Previous Post

Minik avtomobili TIR-la toqquşdu: 1 yaralı

Next Post

Avtomobil aşdı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.