• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Çövkənin Afrikadakı yüksəlişi: Bakıdan Abucaya uzanan böyük idman marşrutu!

07 Noyabr, 25 / 22:22
A A
Çövkənin Afrikadakı yüksəlişi: Bakıdan Abucaya uzanan böyük idman marşrutu!

Nigeriyanın paytaxtı Abucada yerləşən möhtəşəm Guards Polo Club meydanında Afrika Çövkən Çempionatına start verilmişdir.

Turnir Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında, Afrika ölkələrinin atlı idman qurumlarının dəstəyi və Nigeriya Polo Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir. 5 noyabr tarixində start götürən çempionatın oyunları 8 noyabrda final qarşılaşmaları ilə yekunlaşacaq.

Turnir sistemi xal əsasında formalaşır: qrup mərhələsində komandaların topladığı xallar nəticəsində 8 noyabr tarixində keçiriləcək final oyununda birinci və ikinci yerlər uğrunda mübarizə aparacaq komandalar müəyyən ediləcək, digər iki komanda isə üçüncü yer uğrunda görüşəcək. Bu mötəbər yarış qədim atüstü oyun olan çövkənin Afrikada inkişafı və beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Çempionat eyni zamanda qitə ölkələri arasında dostluq, əməkdaşlıq və idman dəyərlərinin təşviqinə yönəlmişdir. Turnirin açılış mərasimi noyabrın 5-də baş tutmuş və oyunlar yüksək səviyyədə təşkil olunmuşdur. İlk iki oyun günü gərgin idman mübarizəsi və yüksək tempdə keçmişdir.

Birinci günün nəticələri:

Niger 3 – 1 Misir

Nigeriya 3 – 2 Qana

İkinci günün nəticələri:

Niger 5 – 2 Qana

Nigeriya 10 – 1 Misir

İki turun nəticələrinə əsasən, Niger və Nigeriya komandaları turnirdə üstünlük əldə edərək lider mövqedə qərarlaşmışlar. Hər iki komanda həm texniki hazırlığı, həm də komanda oyunu baxımından yüksək səviyyə nümayiş etdirmişlər.

Yarışların təşkil olunduğu Guards Polo Club (Abuca) regionun ən nüfuzlu atçılıq mərkəzlərindən biridir və bu yarışla Afrikada çövkənin bərpası və populyarlaşdırılması istiqamətində mühüm addım atılmışdır.

Previous Post

Boksçularımız Avropa çempionatına hazırlığı Kastamonuda davam etdirəcəklər

Next Post

ADSEA 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.