Tamblinq üzrə milli komandamızın üzvləri – Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov İspaniyanın Pamplona şəhərində keçirilən Batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında yenidən öz titullarını qoruyaraq komanda hesabında Dünya çempionu oldular.
