• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib

10 Noyabr, 25 / 16:52
A A
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə möhtəşəm veloyürüş keçirilib.

Dövlət Bayrağı Meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib. 300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər Dənizkənarı Bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər. “Crescent Mall”un yaxınlığından Zəfər Parkınadək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət edib.

Finişə çatan veloyürüş iştirakçılarına xatirə medalları təqdim olunub. Daha sonra Zəfər Parkı abidəsinin önünə gül dəstələri qoyulub və 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-przidenti Sahib Ələkbərov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı Zəfər Bayrağımıza hörmət və ehtiram hissləri aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir.

Veloyürüş Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və “Yallı” rəqsi ilə yekunlaşıb.

Previous Post

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarının bürünc mukafatını qazanıblar

Next Post

Adil Kərimli və dostları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?-Fərid Şahbazlı yazır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.