Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Orduda baş verib.
Qəza zamanı minik avtomobil və yük maşını ilə toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Qəza 2 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralanan şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücüsü sürücülük vəsiqəsinə malik olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
