Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatının seçmə mərhələsinin V turu çərçivəsində Bakıda “Palms Sports Arena”da İslandiya millisini qəbul edəcək. İlk oyunda 5:0 məğlub olan millimiz bu oyunda qələbə qazanaraq və ya ən azından məğlub olmayaraq ilk oyundakı nəticənin məşqçinin səhfi olmasını sübut etmək istəyir. İslandiya millisi isə Bakıda doğma publika önündə qazandıqları qələbənin təsadüfü olmadığını sübut etmək istəyir. Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Nikola Dabanoviç olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcək. Oyunda dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək. VAR-da isə serbiyalı hakimlər olacaq. VAR-da Momçilo Markoviçə Aleksandar Jivkoviç kömək edəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur:
AZƏRBAYCAN milli komandasının start heyəti:
12.Aydın Bayramov(GK)
3.Rüfət Abbasov
4.Bəhlul Mustafazadə
5.Anton Krivatsyuk
7.Toral Bayramov
8.Emin Mahmudov(C)
10.Nəriman Axundzadə
13.Abbas Hüseynov
14.Elvin Bədəlov
19.Xəyal Əliyev
20.Abdullah Xaybullayev
AZƏRBAYCAN milli komandasının ehtiyat oyunçuları:
1.Səlahət Ağayev(GK)
23.Rza Cəfərov(GK)
2.Rəhman Daşdəmirov
6.Səbuhi Abdullazadə
9.Renat Dadaşov
11.Rüstəm Əhmədzadə
15.Bədəvi Hüseynov
16.Ceyhun Nuriyev
17.Rüfət Abdullazadə
18.Cəlal Hüseynov
21.Qimət Alıyev
22.Anatolu Nuriyev
AZƏRBAYCAN milli komandasının baş məşqçisi:Ayxan Abbasov
İslandiya milli komandasının start heyəti:
1.Ellas Rafin Olafsson(GK)
3.Daniel Leo Gretarsson
4.Viktor Palsson
5.Sverrir İnaqson
7.Yohan Gudmundsson
8.İsak Beqmann Yohansesson
9.Hakon Haraldsson
10. Albert Gudmundsson
14.Migel Egil Elertsson(GK)
20.Kristian Hilyansson
22.Andri Gudyohssen
İslandiya milli komandasının ehtiyat oyunçuları:
12.Hakan Valdirmarsson(GK)
13.Anton Einarsson(GK)
6.Qisli Tordarson
11.Yon Daqor Torteisson
17.Arron Qunarsson
18.Andri Baldursson
19.Byarki Steinin Byarkasson
23.Hördür Magnusson
İslandiya milli komandasının baş məşqçisi:Arnar Gunnlauqsson
Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçirilən Dünya Çempionatının seçmə mərhələsinə Sentyabrın 5-də start verib. İlk olaraq millimiz səfərdə “Lauqardalsvollur” stadionunda İslandiya millisinin qonağı olub. Artıq oyunun 45+2-ci dəqiqəsində İslandiya Viktor Palssonun qolu ilə hesabı açıb-İslandiya-Azərbaycan-1:0. İlk hissə İslandiyanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İsaq Beqman Cohannason İslandiyanın ikinci topuna imza atıb-İslandiya-Azərbaycan-2:0.Oyunun 56-cı dəqiqəsində İsaq Beqman Cohannason dubl edərək özünün ikinci İslandiyanın üçüncü topuna imza atıb-İslandiya-Azərbaycan-3:0.Oyunun 67-ci dəqiqəsində Alber Gudmundsson İslandiyanın dördüncü topuna imza atıb-İslandiya-Azərbaycan-4:0. Oyunun 73-cü dəqiqəsində Kristan Hilinsson İslandiyanın beşinci topuna imza atıb-İslandiya-Azərbaycan-5:0. Bu oyunda vurulan son qol olub və millimiz matçda 5:0 darmadağın olub.
Sentyabrın 9-da “Tofiq Bərhamov adına Respublika Stadionu”nda Ukrayna millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Azərbaycan-Ukrayna-0:0.Oyunun 51-ci dəqiqə Ukrayna Georgiy Sudakovun qolu ilə hesabı açıb-Azərbaycan-Ukrayana-1:0. Oyunun 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən Azərbaycan millisinin bərabərlik topuna imza atıb-Azərbaycan-Ukrayna-1:1. Bu oyunda vurulan son qol oldu və görüşdə tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldu-Azərbaycan-Ukrayna-1:1.
Oktyabrın 10-da millimiz “Park De Prens”da Fransa millisinin qonağı olub. Arıtq oyunun 45+2 dəqiqəsində Fransa millisi Kilyan Mbappenin qolu ilə hesabı açıb-Fransa-Azərbaycan-1:0. İlk hissə rəqibimizin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 69-cu dəqiqəsində Adrian Rabiot Fransa millisinin ikinci topuna imza atıb-Fransa-Azərbaycan-2:0. Oyunun 84-cü dəqiqəsində Florian Thauvin Fransa millisinin üçüncü topuna imza atıb-Fransa-Azərbaycan-3:0. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 3:0 məğlub ayrılıb.
Millimiz Oktyabrın 13-də IV turu çərçivəsində səfərdə Polşanın Krakov şəhərində “Krakoviya” stadionunda Ukrayna millisinin qonağı olub. Artıq oyunun 30-cu dəqiqəsində Ukrayna millisi Aleksey Qutsulyakın qolu ilə hesabı açıb-Ukrayna-Azərbaycan-1:0. Oyunun 45+3-cü dəqiqəsində Azərbaycan millisi Ukrayna millisinin heyətində Vitali Mikolenkonun avtoqolu ilə hesabı bərabərləşdirib-Ukrayna-Azərbaycan-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməyi ilə başa çatıb-Ukrayna-Azərbaycan-1:1. Oyunun 64-cü dəqiqəsində Ruslan Malinovski Ukraynanın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-Ukrayna-Azərbaycan-2:1. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 2:1 məğlub ayrılıb.
