• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Millimiz məğlub oldu-YENİLƏNİB-3

13 Noyabr, 25 / 22:51
A A
Millimiz məğlub oldu-YENİLƏNİB-3

2026 Dünya Çempionatının seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan-İslandiya oyunu başa çatdı. Gərgin keçən matç  0:2 İslandiyanın xeyrinə başa çatdı.

xxxx

Azərbaycan-İslandiya oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən srona İslandiya 0:2 irəlidədir.

xxx

Oyunun 39-cu dəqiqəsində Sverrir İnaqson İslandiyanın ikinci topuna imza atdı-Azərbaycan-İslandiya-0:2

xxxx

Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatının seçmə mərhələsinin V turu çərçivəsində Bakıda “Palms Sports Arena”da İslandiya millisini qəbul edir. İlk oyunda 5:0 məğlub olan millimiz bu oyunda qələbə qazanaraq və ya ən azından məğlub olmayaraq ilk oyundakı nəticənin məşqçinin səhfi olmasını sübut etmək istəyir. İslandiya millisi isə Bakıda doğma publika önündə qazandıqları qələbənin təsadüfü olmadığını sübut etmək istəyir. Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Nikola Dabanoviçdir. Ona ədaləti təmsil etməkdə həmyerliləri Vladan Todoroviç və Srcan Yovanoviç kömək edir. Oyunda dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirir. VAR-da isə serbiyalı hakimlərdir. VAR-da Momçilo Markoviçə Aleksandar Jivkoviç kömək edir. Artıq oyunun 20-ci dəqiqəsində İslandiya Albert Qudmundssonun qolu ilə hesabı açdı-Azərbaycan-İslandiya-0:1

 

Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçirilən Dünya Çempionatının seçmə mərhələsinə Sentyabrın 5-də start verib. İlk olaraq millimiz səfərdə “Lauqardalsvollur” stadionunda İslandiya millisinin qonağı olub. Artıq oyunun 45+2-ci dəqiqəsində İslandiya Viktor Palssonun qolu ilə hesabı açıb-İslandiya-Azərbaycan-1:0. İlk hissə İslandiyanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İsaq Beqman Cohannason İslandiyanın ikinci topuna imza atıb-İslandiya-Azərbaycan-2:0.Oyunun 56-cı dəqiqəsində İsaq Beqman Cohannason dubl edərək özünün ikinci İslandiyanın üçüncü topuna imza atıb-İslandiya-Azərbaycan-3:0.Oyunun 67-ci dəqiqəsində Alber Gudmundsson İslandiyanın dördüncü topuna imza atıb-İslandiya-Azərbaycan-4:0. Oyunun 73-cü dəqiqəsində Kristan Hilinsson İslandiyanın beşinci topuna imza atıb-İslandiya-Azərbaycan-5:0. Bu oyunda vurulan son qol olub və millimiz matçda 5:0 darmadağın olub.

Sentyabrın 9-da “Tofiq Bərhamov adına Respublika Stadionu”nda Ukrayna millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Azərbaycan-Ukrayna-0:0.Oyunun 51-ci dəqiqə Ukrayna Georgiy Sudakovun qolu ilə hesabı açıb-Azərbaycan-Ukrayana-1:0. Oyunun 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən Azərbaycan millisinin bərabərlik topuna imza atıb-Azərbaycan-Ukrayna-1:1. Bu oyunda vurulan son qol oldu və görüşdə tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldu-Azərbaycan-Ukrayna-1:1.

Oktyabrın 10-da millimiz “Park De Prens”da Fransa millisinin qonağı olub. Arıtq oyunun 45+2 dəqiqəsində Fransa millisi Kilyan Mbappenin qolu ilə hesabı açıb-Fransa-Azərbaycan-1:0. İlk hissə rəqibimizin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 69-cu dəqiqəsində Adrian Rabiot Fransa millisinin ikinci topuna imza atıb-Fransa-Azərbaycan-2:0. Oyunun 84-cü dəqiqəsində Florian Thauvin Fransa millisinin üçüncü topuna imza atıb-Fransa-Azərbaycan-3:0. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 3:0 məğlub ayrılıb.

Millimiz Oktyabrın 13-də IV turu çərçivəsində səfərdə Polşanın Krakov şəhərində “Krakoviya” stadionunda Ukrayna millisinin qonağı olub. Artıq oyunun 30-cu dəqiqəsində Ukrayna millisi Aleksey Qutsulyakın qolu ilə hesabı açıb-Ukrayna-Azərbaycan-1:0. Oyunun 45+3-cü dəqiqəsində Azərbaycan millisi Ukrayna millisinin heyətində Vitali Mikolenkonun avtoqolu ilə hesabı bərabərləşdirib-Ukrayna-Azərbaycan-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməyi ilə başa çatıb-Ukrayna-Azərbaycan-1:1. Oyunun 64-cü dəqiqəsində Ruslan Malinovski Ukraynanın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-Ukrayna-Azərbaycan-2:1. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 2:1 məğlub ayrılıb.

Previous Post

Belarusiyanın turizm sənayesi üçün tanışlıq səfəri təşkil edilib

Next Post

Qonşusu Əməkdar artistin pəncərəsini “kartof yağışı”na tutdu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.