Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Samsunda baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
