Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Çorumda baş verib.
Qəza zamanı minik avtomobili və mikroavtobus toqquşub. Zərbənin nəticəsində mikroavtobus aşıb. Hadisə zamanı mikroavtobusun sürücü yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb olan minik avtomobilinin sürücüsü saxlanılıb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
