13-16 noyabr Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun oyunları keçirilib. “A” və “B” qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
A qrupu
“Gəncə” – “Abşeron Lions” (80:98)
NTD – “Sabah” (74:97)
B qrupu
“Lənkəran” – “Sərhədçi” (83:78)
“Sumqayıt” – “Naxçıvan” (99:116)
“Ordu” – “Quba” (100:85)
Məğlubiyyətin nə olduğunu bilməyən “Sabah” və “Ordu” klubları maksimum nəticə göstərərək, müvafiq olaraq “A” və “B” qruplarına başçılıq edirlər. Qeyd edək ki, 7-ci turun “Şəki” – “Neftçi” oyunu təxirə salınıb.
