Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Belə ki, 2 referimiz I kateqoriyaya yüksəlib. Eldar Bayramov bu il İspaniya “Qran-pri”sində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub. Buna qədər II kateqoriyada xalça üzərində fit səsləndirən hakimlərimiz növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.
Bu yüksəliş onların növbəti ildən etibarən U17, U20, U23 yaş qrupları üzrə Avropa və Dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.
