• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Çimərlik voleybolu üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib

19 İyul, 25 / 18:23
A A
Çimərlik voleybolu üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib

21–25 iyul tarixlərində keçiriləcək çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi baş tutub.
İyulun 18-də Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə, çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə və klubların nümayəndələri iştirak ediblər.
İlk olaraq Vüqar Hüseynzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə çempionatında iştirak edən komandalara uğurlar arzulayıb.
Daha sonra Orxan Hüseynzadə yarışın qaydaları barədə ətraflı məlumat verib. O qeyd edib ki, çempionat Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunacaq. Yarışın qalibi olan komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.
O həmçinin xatırladıb ki, ötən mövsüm klublararası Avropa çempionatında ölkəmizi təmsil edən “Azərreyl”in qadın və kişi komandaları çempion olmuşdu.
Ölkə birinciliyində 12 qadın və 11 kişi klubu iştirak edəcək. Reqlamentə əsasən, hər klub yarışa iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatıla bilər.
Azərbaycan çempionatında iştirak edəcək komandalar:
Qadınlar: “AZERRAIL-1”, “AZERRAIL-2”, “AZERRAIL-3”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “MİLLİ-1”, “MİLLİ-2”, “MİLLİ-3”

Kişilər: “AZERRAIL-1”, “AZERRAIL-2”, “AZERRAIL-3”, “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”, “Xilasedici-2”.

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı
Oyun proqramı
21 iyul
Qadınlar
9:00. “Milli Aviasiya Akademiyası-2” – “Gəncə-2” (1-ci meydança)
10:00. “Milli-3” – “Milli-2” (1-ci meydança)
12:00. “Milli Aviasiya Akademiyası-1” – “Xarı Bülbül-1” (1-ci meydança)
15:30. “Xarı Bülbül-2” – “AZERRAIL-3” (1-ci meydança)

Kişilər
9:00. “Murov Az Terminal-4” – “Xilasedici-1” (2-ci meydança)
10:00. “Xarı Bülbül-2” – “AZERRAIL-2” (2-ci meydança)
11:00. “AZERRAIL-3” – “Murov Az Terminal-3” (2-ci meydança)

Ünvan: Bakı Su İdmanı Sarayı
Giriş sərbəstdir

Previous Post

Nigar Camal qızı ilə dəniz videosunu paylaşdı – İzləyicilərdən böyük maraq

Next Post

Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.