• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Alper Gülerin rəhbərliyi altında kamandan oxatma idman növü üzrə hakimlik təlimi keçirilib

18 Noyabr, 25 / 23:57
A A
Alper Gülerin rəhbərliyi altında kamandan oxatma idman növü üzrə hakimlik təlimi keçirilib

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə 16–18 noyabr tarixlərində beynəlxalq dərəcəli hakim Alper Gülerin rəhbərliyi altında kamandan oxatma idman növü üzrə hakimlik təlimi keçirilib.
Ümumilikdə 22 nəfərin qatıldığı təlimdə beynəlxalq standartların tətbiqi, hakimlik prosesinin düzgün idarə olunması və praktiki situasiyaların təhlili üzrə bilik və bacarıqlar artırılıb.
Təlim iştirakçıları arasında parakamandan oxatma üzrə məşqçilər və idmançı da yer alıb ki, bu da prosesin daha inklüziv və geniş əhatəli şəkildə təşkil olunmasına şərait yaradıb.
Bu gün keçirilən imtahanın ardından iştirakçılara Federasiyanın baş katibi Fərid Xəlilov və hakim Alper Güler tərəfindən sertifikatlar təqdim olunub.
Təlimin məqsədi kamandan oxatma idmanında hakimlik keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğun peşəkar kadrların hazırlanmasıdır. Bu isə yarışların ədalətli və düzgün idarə olunmasına zəmin yaradır.
Federasiya rəsmisi bildirir ki, keçirilən bu təlim beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir və gələcəkdə bu tip proqramların davamlı olaraq təşkil olunması nəzərdə tutulur.

Previous Post

Gənclər və idman naziri WA prezidenti ilə görüşüb

Next Post

Həsrət Cəfərov İslamiadada gümüş medal qazandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.