17 noyabr Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında 3×3 basketbol üzrə yarışlara strat verilib. Qadınlardan ibarət millimiz ilk qrup oyununda ev sahibi Səudiyyə Ərəbistanına 21:8, ikinci oyununda isə Türkiyə yığmasına 19:11 hesabı ilə qalib gəlib. 18 noyabr qrupda sonuncu oyununu keçirən qızlarımız, Kot-d’İvuar üzərində 21:14 hesablı qələbə qazanaraq A qrupunun lideri kimi yarımfinala yüksəlib. Qeyd edək ki, yarımfinaldakı rəqibimiz B qrupunu ikinci pillədə tamamlayan kollektiv olacaq.
