Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Amasiyada baş verib.
Qəza zamanı minik avtomobili yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə və mağazaya ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
