• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı davam edir

19 Noyabr, 25 / 16:12
A A
Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı davam edir

Azərbaycan Cüdo Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən məşqçilərin sertifikatlaşdırılması proqramı uğurla davam edir.
İki mərhələdən ibarət proqramın nəzərə hissəsində iştirakçılara cüdonun tədrisi, idman pedaqogikası, təhlükəsiz məşq mühiti, idmançının inkişaf mərhələləri və digər əsas nəzəri mövzular üzrə geniş biliklər təqdim edilib. Nəzəri imtahanı uğurla tamamlayan məşqçilər hazırda davam edən növbəti mərhələ – praktiki hazırlığa buraxılıblar.
Praktiki mərhələdə iştirakçılar 5 gün ərzində məşq prosesinin düzgün təşkili, təhlükəsiz texnikaların tətbiqi, məşq planlaşdırılması və idmançı ilə kommunikasiya sahələrində real praktiki bacarıqlar qazanırlar. Təlimlər federasiyanın təcrübəli mütəxəssisləri tərəfindən aparılır.
Proqramın hər iki mərhələsini müvəffəqiyyətlə başa vuran iştirakçılara Azərbaycan İdman Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə peşəkar məşqçilik sertifikatı təqdim olunacaq. Bu sertifikat ölkə üzrə cüdo məşqçiləri üçün vahid standartların tətbiqinə və yüksək keyfiyyətli kadr hazırlığına mühüm töhfə verəcək.
Qeyd edək ki, proqramın əsas məqsədi ölkədə cüdo üzrə məşqçilik fəaliyyətinin peşəkar standartlara uyğunlaşdırılması, təhlükəsiz tədris metodlarının genişləndirilməsi və keyfiyyətli məşqçilik sisteminin formalaşdırılmasıdır.

Previous Post

Balıqçılıq və Akvakultura Mərkəzi ilə pərakəndə satış şəbəkələri arasında balıqçılıq sektorunun inkişafı müzakirə olunub

Next Post

Milli komandamızın üzvləri Vətənə dönüb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.