Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, qəza İstanbulda baş verib.
Qəza zamanı avtoxuliqanlıq edən pikap minik avtomobilə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan sürücü, onun xanımı və altı aylıq körpəsi yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb. Pikapın sürücü polis tərəfindən saxlanılıb. Onun sərxoş olduğu məlum olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
