İsrailin Qəzzaya hücumları davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, son 24 saat ərzində daha 33 nəfər həyatını itirib.
Ölənlərdən 8 nəfəri azyaşlı 12 nəfəri isə qadındır. Bir nəfərin isə cəsədi dağıntılar altından çıxarılıb. Hücumlar nəticəsində 88 nəfər yaralanıb. Atəşkəsin imzalandığı dönəmdən bu yana 312 nəfər ölüb. Atəşkədən bu yana 760 nəfər yaralanıb, 572 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.
Münaqişənin başlandığı gündən bu yana 69546 nəfər həyatını itirib. 2023-cü ilin Oktyabrından bu yana 170833 yaralı qeydə alınıb.
//Nəzər.Media
