Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün Bakıda 1/32 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Təmsilçimizin rəqibi Rumıniyanın “Steaua” klubu olub.
Səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız cavab oyununda 3:1 hesabı ilə qalib gəlib. Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə Qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala adlayıb. Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı ildə yanvarın 7-də Belçikada keçiriləcək.
Çelenc Kuboku – 1/32 final
Cavab oyunu
20.11.2025
“Xilasedici” – “ Steaua” 3:1 (25:23, 25:17, 15:25, 28:26)
Qızıl set 15:13
